Müğənni Mətanət Əsədova bir müddət əvvəl qadın alverinə görə həbs olunma xəbəriylə gündəmə gəlmişdi.
SHOWNEWS.AZ xəbər verir ki, sənətçi ona şər atıldığını bildirib. Bunla bağlı sosial şəbəkədə paylaşım edən Əsədova qarğış edib.
"Allahım, bu ağır gündə dualarımı, verilən ehsanları qəbul et. Kimsə böhtan atır, günah danışır onu hifs eylə. Atıla böhtanı aşkara çıxart. O insan ki, belə murdar əməllərindən əl çəkmir, halıma girib, günahımı alır tezliklə ona görk et. mən də görüm" deyə, M.Əsədova deyib.