Aparıcı Afaq Gəncəli ATV telekanalından ayrılıb.
Axşam.az-ın əldə etdiyi məlumata görə, o, bu gün ərizəsini yazaraq işdən çıxıb. Kanalla dostcasına ayrılan A.Gəncəli daha fərqli layihə ilə tamaşaçı qarşısına çıxacaq. Hazırda onun hansı kanalda çalışacağı bəlli deyil.