Müğənni Aygün Şükürovanın atası Arif Şükürov koronavirusdan dünyasını dəyişib.
SHOWNEWS.AZ xəbər verir ki, bu barədə sənətçinin həyat yoldaşı, tanınmış rejissor Kənan Mahmudov məlumat verib.
O, instaqramda paylaşım edərək qayınatasının vəfat etdiyini bildirib:
“Qayınatam Arif bəy haqqın dərgahına qovuşdu. Allah ona rəhmət eləsin. Lənətə gəlmiş korona...”