Xoşqədəm Hidayətqızının öz istəyi ilə "Xəzər"dən getməsi xeyli müddətdir müzakirələrə səbəb olub.
SHOWNEWS.AZ xəbər verir ki, Hidayətqızının getməsindən sonra kanal rəhbərliyi "Xəzər"in ən gəlirli layihəsi olan "Səni axtarıram"ı yeni layihə ilə əvəzləyib.
Belə ki, eyni saatda Lalə Azərtaş "Yalan gerçək" adlı sosial layihə ilə tamaşaçıların qarşısına çıxacaq.
Xoşqədəm Hidayətqızının "Səni axtarıram" layihəsinin isə ARB-də yayımlanacağı barədə söz-söhbət gəzir. Lakin nə kanal, nə də X. Hidayətqızı bunu təstiq edir.