Türkiyədə yaşayan azərbaycanlı model Günay Musayeva estetik əməliyyat etdirib.
Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, restorandan çıxarkən müxbirlərlə söhbət edən model sinəsini kiçiltdiyini bildirib:
“4 gündür evdən çıxmıram, yeni əməliyyat olunmuşam. Sinəmi kiçiltdim, silikonlarımı çıxartdırdım. Paris Moda Həftəsində 4 vacib markanın dəfiləsində olacağam. Qətiyyən silikonlu sinə istəmirlər. İşim budur, nə lazımdırsa onu edirəm. Modelyer Rüfət İsmayılın da biri-birindən möhtəşəm Azərbaycan xalçalarının motivləri əsasında hazırlanmış geyimlərini qürurla Parisdə sərgiləyəcəyəm”.