Fərqli obrazları ilə gündəmdən düşməyən sosial şəbəkə fenomeni Bayram Nurlu imicində dəyişiklik edib. Saçlarındakı qaynaqlardan azad olan Bayram, makiyajla birdəfəlik vidalaşıb.
SHOWNEWS.AZ-a danışan Bayram bunun bir neçə səbəbinin olduğunu vurğulayıb:
"Bilirsiz ki, sosial yönümlü bir layihə üzərində çalışıram. Bu verilişdə bir çox xəstələrə öz büdcəmdən yardımlar edəcəyəm. Hazır proqram üzərində böyük komanda çalışır. Bu haqda çox danışmaq istəmirəm. Tam dolğun məlumat veriləcək. Bu verilişə mən "Babi" obrazında qatıla bilmərəm. Ciddi görsənmə və layihənin formatına da uyğun deyil".
Əsas səbəb isə ailə qurmağa hazırlaşmağımla əlaqədardır. Artıq gözaltı etdiyim qız da var.
"Bu ilin sonuna kimi nişanlanmağı düşünürəm. Artıq anama, bacılarıma da demişəm. Kasıb, amma çox tərbiyəli bir ailənin qızını bəyənmişəm. Anama, bibilərimə necəyəmsə, yoldaşımın ailəsinə də elə olacağam. Onları öz ailəmdən fərqləndirməyəcəyəm. Mən ailədə çox adamın olmağını sevirəm. Məndən olsa, onları da öz evimizə gətirərəm"