Türkiyənin məşhur müğənnisi Bülent Ersoyaparıcısı olduğu “Benzemez kimse bize” verilişində yayıma içkili vəziyyətdə çıxması iddia olunub.
“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, o, bununla bağlı açıqlama verərək yazılanların həqiqətə uyğun olmadığını bildirib. Sənətçi bunu həyəcanlı olması ilə əlaqələndirib:
“Bir qurtum bir şey içmədim. Olsa, deyərəm. Sadəcə həyəcan”.
Proqramın digər aparıcısı Mustafa Keser və qonaq müğənni Yıldız Tilbe də Bülent Ersoyun içkili olmadığını deyiblər.
“Çox həyəcanlı olduğunuzu bilirik. Həyəcandan olduğunu bilirik”, - Tilbe deyib.
Keser isə “Proqramı açarkən əlləri həyəcandan titrəyirdi” deyə əlavə edib.
Qeyd edək ki, Y. Tilbenin qonaq olduğu verilişdə mikrofonu açıq qalan Bülent Ersoyun “Son proqram qovulduq” dediyi eşidilib.