Aparıcı Zaur Baxşəliyev 40 gün əvvəl qardaşını itirən həmkarı Vüsalə Əlizadə ilə bağlı paylaşım edib.
SHOWNEWS.AZ xəbər verir ki, o, aparıcıya səslənərək, onun işinə qayıtmasını istəyib:
"Əziz insan, dərd azar kimidir, batmanda gələr, misqalla çıxar. Dərdin sənindir, təsəllimiz heç nəyi azaltmaz. Nə çəkdiyini sən yaxşı bilirsən. Sən həm də bir nəslin çörək ağacısan. İndi üzərinə daha böyük məsuliyyət düşür. Sən işinin başına dönməlisən. Səni minlərlə tamaşaçı gözləyir. Qayıt aramıza gəl və davam et. Onun da ruhu şad olar. Çünki o səni hər zaman səhnədə görmək istəyirdi. İnşallah, efirə davam".
Qeyd edək ki, Vüsalə Əlizadənin qardaşı Əlihüseyn Əlizadə ötən ay yol qəzasında dünyasını dəyişib. Mərhum Dövlət Sərhəd Xidmətinin zabiti olub