Doğum gününə hazırlaşan müğənni Günel Ələkbərova xəstələnib.
SHOWNEWS.AZ-a danışan Günel qızdırma içində olduğunu, dərmanların təsir etmədiyini bildirdi:
"Elə bildim koronaya yoluxmuşam. Bu gün test verdim. Cavab neqativ çıxdı. Amma özümü çox pis hiss edirəm. Bütün əzələlərim ağrayır. Başım ağrıyır. Qızdırma düşmür. Bədən dərmanlara reaksiya vermir. Ad günümə də 1 gün qalıb. Xüsusi hazırlaşırdım. Çix güman ki, başqa günlə əvəz edəcəyəm. Təki sağlıq olsun. Özümdən çox qızıma görə narahatam. Uşaqdır. O xəstələnəndə çox pis keçirir. Allah bütün balaları qorusun".