İmicində köklü dəyişiklik edən və ailə həyatı qurmağa hazırlaşan sosial şəbəkə fenomeni Bayram Nurlu Sankt-Peterburqdadır.
SHOWNEWS.AZ-a danışan Bayram Rusiyada olmağının iki səbəblə əlaqələndirib:
"Bura işimlə əlaqədar gəlmişəm. Amma ən vacibi bilirsiz ki, xeyir işimdir. Çox həyəcanlıyam. İstəyirəm hər şey yüksək səviyyədə olsun. Xonçalarım çox bahalı olmalıdır. İndidən hesablamışam. Təxminən bir xonçam mənə 10-15 min manata başa gələcək.
Xonçaların içini doldurmaq üçün 7-8 ölkə gəzəcəyəm. Özüm seçməliyəm hər şeyi. İlk olaraq şirniyyatdan başladım. Rusiya şokoladları adladır. Elə bir başa burdan nişan xonçalarım üçün şokoladlar sifariş etməliyəm".
Nişanından danışan B. Nurlu vaxtının elə də çox olmadığını bildirdi:
"İşlər çox, vaxt az. Amma çətin də olsa, hamısını çatdırmalıyam".
Yeni imicindən danışan Bayram əvvəlki "Babi" imici üçün darıxanların da olduğunu əlavə etdi:
"Çoxlu mesaj alıram. "Babi" üçün darıxanlar var. Məni o imicdə görmək istəyənlər var. Amma hələ ki, o imicdə olmayacağam".