Prodüser və aparıcı Tarix Əliyev sosial şəbəkə hesabında atmacalı paylaşım edib. O, "Tarixin bir günü" TEZLİKLƏ..." yazaraq, paylaşımını belə şərh edib:
"Çoxdandır düşündüyüm, götür-qoy etdiyim bir işə nəhayət ki, bu gün son qərarımı verdim. Dostlarım sevinsin, sevməyənlərim çat versin.
TEZLİKLƏ…". Şərh bölməsində prodüserin şou biznesdəki dostları onu yeni layihə hazırlaması münasibətilə təbrik ediblər.