"Bildiyiniz kimi öz ərizəmlə çalışdığım "Xəzər TV"dən dostcasına ayrılmışam. Qeyd edim ki, "Xəzər TV"də bununla bağlı açıqlamasında öz ərizəmlə ayrıldığımı vurğulayıb. Sizlərdən çoxlu mesajlar aldım. Narahatlığınızı, mənə olan sevginizi o mesajlarda hiss etdim".
SHOWNEWS.AZ xəbər verir ki, bu sözləri tanınmış teleaparıcı Xoşqədəm Hidayətqızı sosial şəbəkədə yazıb. Aparıcı hazırda İstanbulda olduğunu deyib və yaxın zamanlarda Azərbaycana dönəcəyini qeyd edib: "Təbii ki, fəaliyyətdə olan, hətta açılması nəzərdə tutulan kanallardan belə təkliflər aldım. İstər o təklifi edən kanallara, istərsə də siz dəyərli izləyicilərimə təşəkkürüm sonsuzdur. Göstərdiyiniz səmimi münasibətə görə hər birinizə minnətdaram. Mövsümə start verilib. Hər gün yazırsız, hansı kanalda olacağımı soruşursuz... Bildirmək istəyirəm ki, hazırda Türkiyədəyəm və qısa müddətdə Bakıda olacam. Görüşlərimin sonucuyla bağlı təbii ki, açıqlamam olacaq".