Teleaparıcı Turan İbrahimov çalışdığı "Space" telekanalından ayrılıb.
SHOWNEWS.AZ xəbər verir ki, T. İbrahimov bu haqda özü sosial şəbəkədə məlumat verib:
"Əlavə söz-söhbət çıxmasın deyə özüm yazım.
Yeni rəhbərliyin təkidli xahişlərinə baxmayaraq bu mövsüm SPACE TV-də olmamaq qərarı vermişəm. Səbəb isə ümumilikdə TV işinə həvəsimin qalmamasıdır. Televiziya mənim üçün hər zaman ikinci iş yeri və hobbi olub. 4-5 il öncəyə qədər mənim üçün ikinci iş kimi sərfəli idi, həm də həvəsim vardı. Hazırda isə , bir daha deyim, TV-yə həvəsim qalmayıb. Həm də TV, xüsusi ilə də özəl TV-lər əksəriyyət peşəkarlar üçün ciddi iş yeri olma özəlliyini itirib. Gələcək nə gətirəcək bilmirəm. Amma bu dəqiqə tamam başqa əhvalda və tam başqa gözləntilərdəyəm. Hazırda əsas hədəfim öz işlərimi böyütmək, PR, Media və kommunikasiya mütəcəsisi kimi şirkətlərlə əməkdaşlığımı genişləndirməkdir".