
Azərbaycanda "Tik-tok" sosial şəbəkəsində rekord məbləğdə hədiyyə atılıb.
SHOWNEWS.AZ xəbər verir ki, adıçəkilən sosial şəbəkədə Günay və Azik adlı iki gənc mərc yarışına girib.
Oyun başlayandan 7-8 dəqiqə ərzində Günay adlı xanıma 40 min dollar (68 min manat) dəyərində hədiyyə atıblar.
Bu məbləğ Azərbaycanda rekorddur.
Uduzan Azik adlı istifadəçi isə 12 saat canlı yayımda qalmalı olacaq.