Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

"Rəmişdən mənə bir bu ev miras qaldı" - Gülü

"Rəmişdən mənə bir bu ev miras qaldı" - Gülü

"Sənət adamları arasında gəlib-gedən yoxdur, zəng edirlər. Bircə Qədir Rüstəmovun qızı Sevil xanım gəlib yoxlayır. Təyyar Bayramov zəng edir. Hər gün Rəmişin məzarına gedirəm. 3-4 saat otururam, onunla danışıram".

Bu sözləri mərhum Xalq artisti Rafiq Hüseynovun (Rəmiş) xanımı Gülü Axşam.az-a açıqlamasında deyib. O bildirib ki, gitara ifaçısı dünyasını dəyişəndən sonra heç bir sənət adamı onu ziyarətə gəlməyib:

 

"Heç kimim yoxdur, nə övladım, nə qohumum var. Bircə Rəmişim var idi, indi Allah onu da aldı. Bir Allah, bir də mən qalmışam.

265 manat pensiya alıram, indi onunla dolanıram. Başqa gəlir yerim yoxdur. Rəmişdən mənə bircə ev qalıb, vəssalam. Avtomobili də yoxdur.

Ölkə başçısı İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Rəmişi diqqətdən kənar qoymadı. Onun müalicəsi üçün tapşırıq verdilər, hər şey edildi. Amma Allahın yazısı belə imiş.

Başımı Rəmişin məzarını ziyarətlə qatıram. Danışıram, amma cavab verən olmur. Kor-peşman evimə qayıdıram.  Onsuz çox darıxıram. Onsuz qala bilmirəm. Yenə də həyatımdır, başımın tacıdır. Nə qədər ayağım yer tutur onun məzarını ziyarətə gedəcəm".