Aparıcı Elgiz Əkbər yeni mövsümlə əlaqədar imicində dəyişiklik edib. Ötən gün yeni görünüşdə "Elgizlə izlə" proqramına başlayan Elgizin başına iş gəlib.
SHOWNEWS.AZ xəbər verir ki, saqqal saxlayan aparıcı allergiya olub. Həkimə müraciət edən E.Əkbər bu görünüşündən imtina etməli olub.
"Yeni imicim başıma oyun açdı. Bütün üzüm səpdi. Səhərə kimi yatmamışam, qaşınıb. Elə qorxdum ki... Həkim dedi, imicindən imtina et. Yalan demirəm, yalan danışana nifrət edirəm. Baxın görün, üzüm nə hala düşüb" deyə, Elgiz söyləyib.