Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Timatinin oğlunun anası islamı qəbul edib

Timatinin oğlunun anası islamı qəbul edib

Məşhur rusiyalı model Anastasiya Reşetova islam dinini qəbul etdiyini açıqlayıb. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə o, instaqramda izləyicilərinin suallarını cavablandırarkən bildirib.

 

“Bir müddət bu haqda danışmırdım. Hesab edirəm ki, bunu yalnız ürəyə ən yaxın olan insanlarla müzakirə etməyə dəyər”, - Reşetova deyib.

Qeyd edək ki, Timatinin eks-sevgilisi, reperə oğlan övladı bəxş edən modelin islamı qəbul etməsi barədə xəbərlər Rusiya KİV-də tez-tez dərc olunurdu, lakin Reşetova bu mövzuda danışmaqdan imtina edirdi. Bir müddət əvvəl onun Ramazan ayının başlaması ilə əlaqədar müsəlmanları təbrik etməsi müzakirələrə səbəb olmuşdu.