Məşhur prodüser və televiziya aparıcısı Tarix Əliyev uzun müddətdir çalışdığı "Xəzər" telekanalı ilə yollarını ayırıb.
SHOWNEWS.AZ xəbər verir ki, bu haqda T. Əliyev özünün "Instagram" hesabında məlumat verib:
"Nəhayət ki, 5 ilə yaxındır çalışdığım, məni sizə daha yaxından tanıtdıran doğma “Xəzər”imizdən ərizəmi yazaraq uzaqlaşıram.
Bu müddət ərzində ola bilər ki, hansısa yalnışlıqlarım oldu. Peşəkar aparıcı və jurnalist olmasam da, bu illər ərzində bir çox peşəkarlar aparıcıların qarşısına çıxıb onlara reytinqdə öz sözümü deməyi bacardım. Bunu kim dansa da, televiziya əməkdaşları çox yaxşı bilir.
Siz tamaşaçıların mənə olan sevgisi və göstərdiyi diqqət sayəsində öz sözümü deməyi bacardım. Çünki hər aparıcı tamaşaçı sevgisini qazana bilmir.
Baxmayaraq ki, Murad müəllim vəzifəyə gələn ilk gün “Hər şey daxil” verilişi bağlandı, amma mən bugünə qədər “Xəzər” kanalının əməkdaşı olaraq hər ay əmək haqqımı aldım. Düşünürəm ki, bu gün də ərizəmi yazmasaydım, hələ uzun müddət də maaşımı alacaqdım.
Buna görə də, ayrıca Murad müəllimə təşəkkür edirəm.
Bundan sonra atdığım atdım mənim izləyicilərimi və məni çox sevindirəcək.
Tezliklə “Tarixin bir günü”nün yeni ünvanını biləcəksiz.
P.S təsadüfən efirdə qısa müddətli “aparıcılar”. Əlinizə xına çəkməyə tələsməyin. Sevinciniz çox çəkməz. Əkizlər bürcü hər zaman istədiyinə nail olmağı bacarır".