Tanınmış aparıcı Elgiz Əkbər onu sosial şəbəkələrdə təhqir edənləri polisə verib.
SHOWNEWS.AZ xəbər verir ki, bu haqda o, aparıcısı olduğu “Elgizlə izlə” proqramında məlumat verib.
"Bir adam oturub hər yerdə məni təhqir edirdi. Bir gün keçdi öz səhifəmdə təhqir etdi. Sonra öz səhifəsində xəbərlər paylaşıb, tanınmışları təhqirə başladı. Düşünür ki, bu yolla diqqət çəkib pul qazanacaq. Bunun üçün qurbanlıq quzular idik biz. Bir gün Xatun Əliyeva mənə yolladı ki, bir səhifə var. Bir neçə sənət dünyasında olanları təhqir edir, səni də edib. Baxdım, şok oldum. Şəxsi pofilimi qırıb, şəkillərimi oğurlayıb, tərbiyəsiz formada sözlər yazıb və yayıb. O gündən Facebook səhifəmi bağladım. Dedim, onu bağışlamaram. Polisə verdim, iki günə onu tapdım. İşimi atıb gəldim ki, kimdir, məndən nə istəyir? Bəstəboy biri, onu görüb şok oldum. Dedim, bu halınla məni təhqir edirsən? Evdən çıxanda güzgüyə baxırsan? Sən kimsən? Yağış yağır, ailəsi gəldi xahiş etdi. Başladı ağlamağa, üzr istəməyə. Nəyə lazım idi?!"