Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Kişi obrazına girən Könül Kərimova onlara səslənib ağladı

Kişi obrazına girən Könül Kərimova onlara səslənib ağladı

"Bizə deyirlər siz kişi kimi, güclü qadınsız, dözümlüsüz. Ona görə də səbirli, dözümlü olmalısınız. Əziz kişilər, gücü də, səbri də, dözümü də sizlərdən alırıq. Siz var olun ki, biz hər zaman sizdən güc alaq. Sizlər olmasanız bizim üçün çətin olar".

 

Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Könül Kərimova "Günün sədası" proqramında deyib. Müğənni verilişə kişi obrazında gəlib. O, parikdən və qrimdən istifadə edərək maraqlı görüntü yaradıb.

Kərimova kişilərə səslənib və göz yaşlarını saxlaya bilməyib:

"Amma sizlər də bizi incitməyin. Qəlbimizi sındırmayın. Bizə toxunmayın, sonda biz zərif qadınıq, ana, bacı və bir ana övladıyıq. Kişi olsaydım, təmiz sevərdim, doğru-düzgün sevərdim (kövrəlir)".

Koronavirus infeksiyasına yoluxmasından danışan Könül "Çox pis anlar yaşadım. Gördüm ki, yenə də onlara ehtiyacım var. O anda qardaşımı görmək istədim. Kişi olmaq çətin və məsuliyyətlidir" sözlərini əlavə edib.