Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Nicatın COVID-ə yoluxan atası xəstəxanada qarət olundu

Nicatın COVID-ə yoluxan atası xəstəxanada qarət olundu

Müğənni Nicat Məhərrəmov koronavirus xəstəsi olan atası Nazim Məhərrəmovun müalicə olunduğu FHN-nin modul tipli xəstəxanasında qarət olunduğunu iddia edib. 

SHOWNEWS.AZ xəbər verir ki, bununla bağlı instaqramda video paylaşan ifaçı fövqəladə hallar naziri Kəmaləddin Heydərov və daxili işlər naziri Vilayət Eyvazova müraciət edib:

“Atam sentyabrın 21-də xəstəxanaya yerləşdirilib. O, koronavirusa yoluxub. Bundan əvvəl Daxili İşlər Nazirliyinin hospitalında müalicə alıb. Beyin insultu keçirmişdi. Sadəcə olaraq COVID-19 olduğu üçün modul tipli xəstəxanaya yerləşdirdik. Sentyabrın 23-də atamın üzərində olan pul, ev açarları, sənədlər, bank kartları yoxa çıxıb. Bəllidir ki, ora qırmızı zona olduğu üçün xəstənin qohumları, yaxınları girə bilməz. Həmin şəxsi əşyaları götürən ya həkim, ya hansısa bir köməkçi ola bilər.

 

Cənab nazir Kəmaləddin Heydərova müraciət edirəm. Sizin xəstəxananızda özbaşınalıq olub. Eyni zamanda, daxili işlər naziri cənab Vilayət Eyvazova da müraciət edirəm. Atam 41 il polis orqanlarında çalışıb, dövlətin keşiyində dayanıb. Xahiş edirəm, məsələyə ciddi yanaşasız. Dəfələrlə polis orqanlarına müraciət etdim, cavabları o oldu ki, araşdırırıq. Belə özbaşınalıq, bu cür vicdansızlıq ola bilməz. Ümidvaram ki, siz bu məsələyə baxdıqdan sonra oğurluq edənlər ortaya çıxacaq”.