Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Zaur Nəbioğlu hamilə sevgilisi ilə gizli toy edib? - AÇIQLAMA

Zaur Nəbioğlu hamilə sevgilisi ilə gizli toy edib? - AÇIQLAMA Aparıcı Zaur Nəbioğlunun 4 aylıq hamilə sevgilisi ilə evləndiyinə dair xəbərlər yayılıb. SHOWNEWS.AZ xəbər verir ki, məsələ ilə bağlı Zaur Nəbiğlu açıqlama verib. Xəbərçi.az-a danışan Zaur xəbəri təkzib edib: Hamının tanıdığı bir televiziya işçisi var ki, o insanın mənlə böyük problemləri var. Hətta deyərdim ki, həmin şəxsin psixi problemi var. O, məni hamının gözündən salmaq üçün jurnalistlərə belə yalan məlumat verir. Nömrəm hamıya açıqdır, məsələ ilə bağlı məndən münasibət alsaydılar, deyərdim. Heç bir toy söhbəti, hamilə sevgili yoxdur. Olsa niyə bunu gizlədim? Açıq-aşkar məclis edərdim. Qətiyyətlə yalandır. Bu gün həmkarım Türkan Heydərova ilə bərabər doğum günü məclisində aparıcılıq edirik. İnstagram səhifəmdə də bununla bağlı paylaşım etmişəm. Həmin insanın içində o qədər nifrət hissi var ki, bəlkə də özü şəxsi həyatında xoşbəxt olmayıb, buna görə də istəyir hamı onun kimi bədbəxt olsun. Məni tanıyanlar bu cür “gic” adamların yalanına inanmasın”. Qeyd edək ki, xəbəri Axşam.az saytı yayıb. Xəbərdə aparıcının ilk yoldaşından boşanması və bu gün hamilə qoyduğu sevgilisi ilə gizli şəkildə toy etdiyi deyilir.