Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Elza Seyidcahanın bacıları da onunla küsülüdür

Elza Seyidcahanın bacıları da onunla küsülüdür

"Mənə yazırlar ki, sizin cangüdəniniz olum, hətta təmənnasız bunu təklif edirlər".

SHOWNEWS.AZ xəbər verir ki, bu sözləri Əməkdar artist Elza Seyidcahan "Xəbər-ətər" proqramında deyib. Müğənni izləyicilərinin ona təmənnasız cangüdənlik etmək istədiyini söyləyib:

 

"Yeganə müğənniyəm ki, yanımda ancaq prodüser olur. Toylara gedəndə yanımda ya bacım, ya kürəkənim, ya da bir vaxtlar oğlum olurdu. Özümə cangüdən götürmürəm. Bunu təmənnasız etmək istəyənlər var, amma razılaşmıram".

Seyidcahan bacıları və oğlu ilə küsülü olması məsələsinə də aydınlıq gətirib:

"Bacılarım məndən istedadlıdır. Ən azı beş dil bilirlər. Aramızda elə narazıçılıq yoxdur. El elə sığır, amma ev evə sığmır. Əvvəl mənim evimdə qalırdılar. Oğlumun evi yoxdur, amma ayrı qalır. Qızımın da evi yoxdur, mənimlə yaşayır. Evin içində illərlə bacı bacıyla, qardaş qardaşla danışmır".

Qeyd edək ki, Elza bir müddət əvvəl bütün efirlərə bacısı Rasimə ilə birlikdə qatılırdı. Son günlər isə onlar birlikdə görüntülənmirlər. İfaçının digər bacısı Lalə də açıqlamasında onunla küsdüyünü etiraf etmişdi.

Müğənni oğlu Ələkbərlə də küsülüdür.