Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

“Dedi ki, azad olmaq, özüm üçün yaşamaq istəyirəm” - Mətanət gəlini haqda

“Dedi ki, azad olmaq, özüm üçün yaşamaq istəyirəm” - Mətanət gəlini haqda

Əməkdar artist Mətanət İsgəndərli gəlini Canana ilə oğlu Kərimin ayrılma səbəbini açıqlayıb. 

SHOWNEWS.AZ xəbər verir ki, bu barədə o, “Günün sədası” verilişində danışıb. İsgəndərli “İndi barışarsınız” sualına belə cavab verib:

“Oğlum özü bilər. Dava edəndə elə et ki, barışmağa yer qoyasan. Bu qız barışmağa yer qoymadı. Onu kim yoldan çıxardısa, Allah onun evini yıxsın. Oğlumdan 5 yaş böyükdür, 42 yaşı var, 15-20 yaşı yoxdur ki, qabağıma qoyum danışım. 23 ildir mənim evimdə yaşayır. 10 il nişanlı qalıb, valideynləri Rusiyada qalırdı, onu 10 il evimdə saxladım. Sonra toyları oldu, 23 ildir evimdə yaşayıb, həmin adamlarıq, indi pis olduq? Kərimi özü istəyib. Kərimin ilk sevgisi olub. Mənim oğlum ondan başqa qadın görməyib. Kərim elə uşaqdır ki, ona başqasını almaq istəsəm, edərdi. Etmədim...

 

Onun işləməyini istəmirdik, deyirdim, sənin nəyin çatmır? Yoldaşın işləyir, altında maşın, köməkçisi, salon açdım. Lazer aparatı almaq istədi, qızıllarını satdı, gəldi üstünü düzəltdim, aldı. Boynunu bükürdü, deyirdim get et. Mən sənə nə pislik etdim? İndi son sözü o oldu ki, mən azad olmaq, özüm üçün yaşamaq istəyirəm. 42 yaşın var, üç uşaq dünyaya gətirmisən. Nə azad? Kərimə uşaq ana deyir, ürəyimin başı ağrıyır. Türmədə idin? Altında maşın, bütün günü gəzirdin, cibinə pul qoyurdum. Deyirdim, uşaqları apar parka, qayıdırdı ki, ürəyim sıxılır. Deyirəm, ağlayırsan, gəl uşaqlarını götür. Ona dedim ki, ailəni dağıtma, ev, maşın verirəm. Hər şeyini verirəm. Otur evdə namusunla, uşaqlara bax, istəmədi. İndi niyə ağlayırsan? Onu hər yay Türkiyəyə bahalı otellərə istirahətə göndərirdim, ordan gəlirdi Nabrana gedirdi. Nəyin əskik idi?".

Qeyd edək ki, Canana və Kərimin 3 övladı var. Canana həyat yoldaşı və qayınanasını onun ailəsini dağıtmaqda ittiham edirdi.