Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Məşhur meyxanaçı narkotiklə saxlanıldı

Məşhur meyxanaçı narkotiklə saxlanıldı

Tanınmış meyxanaçı Cavid Sumqayıtlı (Babaşov) həbs edilib. 

 

SHOWNEWS.AZ "qafqazinfo"ya istinadən xəbər verir ki, Sumqayıt şəhər sakini olan C. Babaşov narkotik vasitələrin satışı ilə məşğul olmaqda şübhəli bilindiyi üçün 15 may 2021-il tarixində Sumqayıt ŞPİ-nin əməkdaşları tərəfindən saxlanılıb.

Üzərinə baxış keçirilən zaman 206 qram narkotik vasitə heroin və elektron tərəzi aşkar edilib. C.Babaşova Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham elan edilib və o, təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunaraq barəsində həbs qətimkan tədbiri seçilib.

Hazırda həmin şəxs barəsində istintaq araşdırmaları sona çatıb və iş baxılması üçün məhkəməyə göndərilib.