Qalmaqallı teleaparıcı Sərxan Kərəmoğlu yenə də efirdə dediyi sözlərlə gündəmə gəlib.
SHOWNEWS.AZ xəbər verir ki, Kərəmoğlunun aparıcısı olduğu verilişdə əməkdar artist Elza Seyidcahanla etdiyi dialoq müzakirələrə səbəb olub. Belə ki, aparıcının istəyi ilə Elza Seyidcahan ona sillə vurub. Sillənin təsirindən özünə gələ bilməyən Kərəmoğlu müğənninin zərbəsinin çox ağır olduğunu deyib.
Daha sonra o, müğənnidən onu öpməsini xahiş edib. Bunun ardınca isə "Mən arzıslığıma bax. Mən öpüş yanığıyam e, öpüş yanığı" sözlərini işlədib. Seyidcahan isə çalışıb aparıcının dediyi sözləri eşitməzdən gəlsin.