"Best Model" yarışması ətrafında seks qalmaqalı bitmir. İştirakçılar canlı yayımda Erkan Özermanın gənc oğlanları öz otağında masaj etdirməsi günlərdir müzakirə olunur.
Bu il baş tutan yarışmanın iştirakçıları Erkanın onlara seksual təkliflər etdiyini açıqlayıblar. Onlar arasında "Best Smile" gözəli seçilən Elmas Yıldız qalibin müsabiqədən əvvəl təyin olunduğunu bildirib. O qeyd edib ki, qaliblərə oteldə otaq tutulur, Erkan Özermana masaj etməyə çağırılıb. İştirakçılardan olan Barış Arslan da onun sözlərini təsdiqləyib.
Prodüser-aparıcı Tarix Əliyev (Tolik) bu halın Azərbaycanda da yaşandığını iddia edib. O, sosial şəbəkədəki paylaşımında Erkanın Bakıda keçirilən yarışmalara qatıldığı zaman bənzər təkliflər etdiyini vurğulayıb.
"Bunları 10 ildən çoxdur bilirəm. Bizdən gedənlərin çoxu bu təklifə "yox" deməyib, birinci olublar" deyə, Tolik əlavə edib.
Qeyd edək ki, 83 yaşlı Erkan Özerman yarışmanın təşkilatçısıdır. Müsabiqənin builki qalibləri Oğulşat Qaqşalova və Bartu Dilmendir.