Xəbər verdiyimiz kimi, bu gün məhkəmənin qərarı ilə Əməkdar artist Mətanət İsgəndərlinin gəlini Aynur Həmidovanın (Canana) əri Kərim Həmidova qarşı boşanma və uşaqların ananın himayəsinə verilməsi iddiası üzrə məhkəmə prosesi keçirilib.
Qərara əsasən, ailənin hər üç övladı atanın himayəsinə verilib və ata tərəfindən ümumilikdə aylıq 525 manat alimentin ödənilməsi dayandırılıb.Qərar sosial şəbəkədə geniş müzakirələrə səbəb olub. Əksəriyyət azyaşlı uşaqların anadan alınmasına etiraz edib. Etiraz edənlər arasında müğənni Ayan Babakişiyeva da olub.
"Ana nə qədər də uşaqlarını saxlamaq üçün imkan və işlə təmin deyilsə, səhv etmirəmsə 3 uşağın alimenti və onu boşandığı zaman evlə təmin olunması yerinə uşaqlar anadan alındı. Nəyə əsasən bu qərar verilib? Vallah, o anaya görə pis oluram. Videolarda uşaqlar ana üçün ağlayır. Ananı balalarından necə ayırmaq olar?!".