Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Xoşqədəmlə yola getməyən Dilarənin yoldaşı ARB-də daha bir verilişi bağladı

Xoşqədəmlə yola getməyən Dilarənin yoldaşı ARB-də daha bir verilişi bağladı

Bu günlərdə ARB telekanalında bir neçə verilişin yayımı dayandırılıb. 

Axşam.az-ın əldə etdiyi məlumata görə, onlardan biri də "Hüseynova bacıları" proqramıdır. Verilişin bundan sonra çəkilməyəcəyi bildirilib. Proqram həftənin bazar günü yayımlanırdı.

Onun bundan sonra hansı kanalda yayımını davam etdirəcəyi isə hələ məlum deyil. 

Qeyd edək ki, "Hüseynova bacıları" proqramını aktrisalar Xuraman Əlizadə və Ülviyyə Əliyeva aparırdı. Adıçəkilən layihə "SOY" prodakşının məhsulu kimi yayımlanırdı. "SOY" prodakşının rəhbəri isə Əməkdar artist Dilarə Əliyevanın həyat yoldaşı Oqtay Əliyevdir.
D. Əliyeva Xoşqədəm Baxşəliyevaya kanalda rəhbər vəzifə verilməsinə etiraz edib və kanalla yollarını ayırıb.