Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

“Daşım bilmirəm niyə ağır olub…” - Stilist Rəşad

“Daşım bilmirəm niyə ağır olub…” - Stilist Rəşad

Sosial şəbəkə fenomeni stilist Rəşad Əliyev qalmaqallı açıqlama ilə gündəmi ələ alıb. 
Ünvanına atılan atmacalardan təngə gəldiyini deyən Rəşad məcburiyyətdən cavab verməli olduğunu bildirib:

"Heç kimlə işim yoxdur. Heç bir efirə də çıxmıram. Heç yerə müsahibə, açıqlama vermirəm. Ümumiyyətlə gündəmə gəlmirəm. Pulumu qazanıb sakit həyatımı yaşayıram. Amma görürəm varlığım kimlərisə narahat edir. Sakit dayandığım yerdə atmaca atırlar. Kimdən danışdığımı həmin adam yaxşı bilir. Onunla eyni həyatı yaşayırıq. İstəmirəm açıq danışım qanqaraçılıq edim. Mən stilist olaraq cəmi bir insanla çalışıram, min nəfərlə yox. O da bütün dünyaca məşhur bir simadır. Yəni, bəzədikləri gəlinləri və ya xanımların hansısa stilistin əlindən almıram. 21 ildir bu sənətdəyəm. Məni insanlar qoy fenomen olaraq sevsin. Mənim bəsimdir. Qoy dünyaca məşhur stilistlərimiz çox olsun. Məni Allahım bilir ki, heç kimə qarşı paxıllığım yoxdur. Mən Allahımdan çox razıyam. Mənə istedad verib. Bir də kimsə dayandığım yerdə mənə sataşsa, bilsin ki, verdiyim cavab onu ölkədə rüsvay edəcək".

 

Əsəblərinə hakim kəsilə bilməyən Rəşad keçmişə də nəzər salıb:

"Kerimcan Durmaz vaxtilə Bakıda stilist kimi çalışıb. Ayı cəmi min manata çalışırdı. Amma bəzi gözü götürməyən stilistlər ona da oyun qurdular. Paxıllıqlarından gözümçıxdıya salmışdılar. İndi Kerimcan bütün dünyada məşhur və sevilən biridir. Stilistliyi də kənara qoydu. Fenomen olaraq ilk öncə bütün Türkiyənin sevgisini qazandı".