"Özümə də maraqlıdır ki, hakim nə üçün belə qərar verdi? Dəli, ruhi xəstə deyiləm, sağlam insanam. Nə səbəbə övladlarım əlimdən alındı?".
SHOWNEWS.AZ xəbər verir ki, bu sözləri Əməkdar artist Mətanət İsgəndərlinin gəlini Canana deyib. "Təsir dairəsi" proqramına gələn Canana 3 övladının əlindən alınmasından danışıb və etirazını bildirib:
"Heç bir psixoloq təyin edilmədən, uşaqlarımın fikri soruşulub. Qəyyumluq qərar verib ki, ev şəraitinə görə uşaqlar ataya verilib. Dayımın evində qalıram. Gəldilər çəkdilər, dayımın yoldaşı dedi ki, evi veririk, qalsın. Özüm dövlət işində çalışıram və gözəllik salonum var.
Hər şeyi Mətanət xanım etdi. Hər dəfə məni alçaldırdı, təhqir edirdi. Deyirdi, bizim ailəni bədbəxt etmisən. Deyirdim, niyə, nə etdim, üç gözəl bala verdim sizə, məni övladlarımın yanında təhqir etmə. Qayıdırdı ki, yaşın çoxdur, övladımı yoldan çıxardın".
Canana bildirib ki, həyat yoldaşı Kərim Həmidovun psixoloji durumu yerində deyil və uşaqlara dəfələrlə şiddət göstərib.
M.İsgəndərlinin oğlu Kərimin vəkili Telman Abdıyev proqrama zəng edərək, sualları cavablandırıb:
"Sanki Kərim yox, Mətanət İsgəndərlidir boşanan. Onun adı çəkilir. Danışılanlar həqiqətə uyğun deyil. Hakimin belə qərarı hüququ əsaslara dayanır. Uşaqlar ataları ilə yaşamağı seçdi. Məhkəmə prosesi zamanı valideynlər çıxarıldı, hər iki tərəfin vəkili iştirak etdi. Hər bir uşaqdan dəfələrlə soruşuldu. Balaca 5 yaşında uşaq dedi, atamla qalmaq istəyirəm. Kərim Həmidovun psixoloji durumu yerindədir. Məhkəmədə bu haqda heç bir iddia qaldırılmayıb".
Canana "Uşağımı döyəndə fotosunu Mətanət xanıma atmışam. Hətta məni döyəndə Mətanət İsgəndərlini çağırdım. Gəlib dedi ki, bunun üzünə bax. Cavab verirəm ki, oğlun döyüb. Qayıtdı ki, əcəb edib döyüb. Qızımın döyülməsi ilə bağlı məhkəməyə hər şey təqdim etdim. Amma işi bağladılar, heç baxılmadı" sözlərini əlavə edib.
Qeyd edək ki, Kərim və Canananın üç övladı var. Cütlük bir neçə gün əvvəl boşanıb və uşaqların qəyyumluğu ataya verilib.