Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

“Onun cinsiyyət orqanı kəsilməlidir” - Güneldən SƏRT REAKSİYA

“Onun cinsiyyət orqanı kəsilməlidir” - Güneldən SƏRT REAKSİYA

11 yaşlı uşağın atalığı tərəfindən zorlanıb hamilə qalması ölkə gündəmindən düşmür. 

 

SHOWNEWS.AZ-a danışan müğənni Günel Ələkbərova bu cinayət əməlini törədən şəxsin cəmiyyətin gözü önündə edam olunmasını istəyir:

 

“Belə alçaq, şərəfsiz, lənətə gəlmiş manyaklara görə ölkəmizdə edam cəzasının olmaması məni çox üzür. Bu kimi manyakları cəmiyyətin gözü önündə ən ağır işgəncə verərək, edam etsələr, ölkəmizdə pedofillər olmaz. Ən ağır cəza o olar ki, onların cinsi orqanı kəsilməlidir. Elə beləcə də qan itirərək ölməlidir. Bu isə bu niyyətdə olan hər kəsə görk olar. Bu olmadıqca ölkəmizdə Nərminlərin, Yelenaların və bizim bilmədiyimiz yüzlərlə bu kimi halların sayı çox olacaq. Buna dur demək lazımdır”. 

 

Günel həmçinin 11 yaşlı qızın anasının da məsuliyyətə cəlb olunmasını istəyir:

 

“Ananın da burda günahı var. Evində qız uşağı böyüdən ana istər kəbinli, istər kəbinsiz evində kişi qəbul etməməlidir. Uşağın gələcəyini məhv etdiyi üçün ana da cinayət məsuliyyətinə cəlb edilməlidir”.