Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

“11 yaşlı qızın ad və soyadı mətbuatdan yığışdırılmalıdır” - Xoşqədəm ETİRAZ ETDİ

“11 yaşlı qızın ad və soyadı mətbuatdan yığışdırılmalıdır” - Xoşqədəm ETİRAZ ETDİ

İllərdir teleməkanda ən baxımlı sosial layihənin aparıcısı və layihə rəhbəri olan, verilişlərində hər zaman ailə dəyərlərinə önəm verən, hər zaman şiddətə məruz qalan qadınların yanında olan telejurnalist Xoşqədəm Hidayətqızı İmişlidə baş verən dəhşətli ailə dramından yazıb:

"İki gündür hamı mənə yazır ki, niyə 11 yaşında ana olan uşaqla bağlı susursunuz?!... Əvvala onu deyim ki, siz susmaq nəyə deyirsiniz?! Əri tərəfindən küçəyə atılan , xəyanətin qurbanı olan Turanə və az yaşlı qızını kim müdafiə etdi?! Kim o qadına evini geri qaytardı, kim o qadına övladı ilə görüş haqqını alıb, verdi?! Kim ata tərəfindən ayrı salınan iki bacını bir araya gətirdi?! Və yüzlərlə bu kimi qadın və uşagı müdafiə etdim. Gücüm yetdiyi qədər…Qadın ve uşaq haqlarını müdafiə etdiyim üçün məhkəmələrdə zamanım keçdi və keçir... Bu barədə yaxın günlərdə deyəcəyim var. O ki qaldı, 11 yaşlı uşağa... Mən hələ də o hadisənin şokunu yaşayıram. Özüm 41 yaşımda ikinci dəfə ana oldum. Hamiləlik və ana olduğum vaxt psixoloji vəziyyətimi sizə izah etmək belə çətindir mənim üçün!((( Bir ay körpələrimə yaxınlaşmağa belə qorxurdum, onlara zərər verə bilərəm deyə... Baxmayaraq ki, 20 il əvvəl ana olmuşdum… İndi təsəvvür edin, 11 yaşlı oyuncaqla oynayan, analıq hissinin nə olduğundan xəbərsiz bir körpə təcavüzə məruz qalır, hələ bu az imiş kimi anada olur... Sözün bitdiyi an!( Qarın böyüyür və kimsə görmür, uşaqda dəyişiklik baş verir, amma bədbəxt ana hiss etmir… Bir şərəfsizin günahı ucbatından bir körpənin həyatı, gələcəyi puç olur… Bir binamusun günahı ucbatından kişi çörəyi yemək istəyən, kişi yanında daha təhlükəsiz yaşayacağını düşünən, ərsizdi deyə ona atılan sözlərdən, edilən qınaqlardan, qardaş-bacı qınağından yaxa qurtarmaq istəyən, nəhayət xoşbəxt olmaq istəyən bir qadının həyatı da elə körpəsinin həyatı kimi məhv olur. Ne deyim..".

Telejurnalist həmçinin qanuna dəyişiklik edilməsini, ölüm hökmünün bərpa olunmasını təklif edib:

"12 ildir təkrar etdiyim sözləri qoy yenidən deyim. Qanuna əlavələr edilməlidir, qadına, usağa əl qaldıranlara ən ağır cəza verilməlidir, az yaşlıya təcavüz edənə ölüm hökmü verilməlidir! Yenə də deyirəm, bu şərəfsizlər aramızda olmamalıdır.".

Xoşqədəm Hidayətqızı eyni zamanda bir sıra məsuliyyətsiz media qurumlarının 11 yaşlı qızın ad və soyadının işlədilməsinə də etiraz edib. O, bu məsələ ilə bağlı da hüquq-müharizə orqanlarına çağırış edib:

 

"Hüquq muhafizə orqanlarından xahiş edirəm ki, bu az yaşlıyla bağlı ad,soyad bir sözlə onunla bağlı koordinatları mətbuatdan yığışdırılmasına göstəriş versinlər! Ana olan o 11 yaşlı qızcığazın gələcəyi var, diqqətli olaq! Onsuz da həyatı məhv olub, heç olmasa gələcəkdə o məlumatlarla üz-üzə qalmasın…".