Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

“Mənə dözmək hər qadının işi deyil” - Nazim Pişyari

“Mənə dözmək hər qadının işi deyil” - Nazim Pişyari

ARB TV-nin "Onun Sirri" verilişinin növbəti qonağı ifaçı Nazim Pişyari olub.

 

AZXEBER.COM xəbər verir ki, "Faytonçu" ləqəbi ilə tanınan sənətçi efir vasitəsi ilə həyat yoldaşına minnətdarlığını bildirib:

 

"Müsbət və mənfi cəhətlərim var. Müğənni ilə həyat yoldaşı olmaq çox çətindir. Çünki sənət insanlarının rejimi olmur. Evə gəliş-gediş saatları bəlli olmur. 31 ildir sənətimi sevərək, insanlığıma hörmət edərək mənə dözmək hər qadının işi deyil. Bir çox sənətçilərin ailəsi qısqanclıq zəminində dağılır. Nə yaxşı ki, biz birlikdəyik. Məni anladığına görə həyat yoldaşıma minnətdaram".