Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

"Boşanmaq bizim mentalitetdə olmamalıdır"

"Boşanmaq bizim mentalitetdə olmamalıdır"

Əməkdar artist Gülbahar Şükürlü boşanma ilə bağlı açıqlaması ilə müzakirələrə səbəb olub.

 

SHOWNEWS.AZ xəbər verir ki, qarmon ifaçısı "Elgizlə izlə" verilişində boşanmaya qarşı olduğunu deyib.  O bildirib ki, ayrılmaq Azərbaycan mentalitetinə uyğun deyil:

"Əvvəl deyirdilər ki, qızın meyidi getdiyi evdən çıxsın, amma qayıtmasın. Qızlar bu sözü pisləyirdi. Ana nə etsin? Anadır, hər valideyn istəyir övladının xoş gününü görsün. Demir ki, səni öldürsünlər. Boşanmaq olmaz. Boşanmaq bizim mentalitetdə yoxdur, olmamalıdır. Övladlar travma alır. Sizin bir boşanmanız da övladlara pis gəlir".