40 ildən çoxdur səhnə fəaliyyətinə davam edən müğənni Bülənt Ərsoyun həyatı barədə film çəkiləcək.
Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə məlumatı jurnalist Suna Aksoy verib:
"Dünyaca məşhur dijital platforma film üçün 2,5 milyon dollar təklif edib. Bülənt Ərsoy da razılığa gəlib, hazırda görüşlər davam edir. Yaxın zamanda müqavilə imzalanacaq".