Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

“Əzizlərinizin başına gəlsin” - Zenfira qarğış edib, HƏDƏLƏDİ

“Əzizlərinizin başına gəlsin” - Zenfira qarğış edib, HƏDƏLƏDİ

"Nankor, qəddar insanlar var... Ürəkbulandıran məxluqlar, sizədir sözüm! Heç vaxt heç kimə qarğış etməmişəm amma ana mövzüsunda gözüm balamı da görməz, bilin! Allaha tapşırıram sizi, dırnaqarası insancıqlar, əzizləriniz ölsə, görüm siz hansı hissləri keçirdəcəkdiniz? Görüm sizə heç kəfən qismət olacaq?".

SHOWNEWS.AZ xəbər verir ki, bu sözləri bir neçə gün əvvəl koronovirusdan anasını itirən müğənni Zenfira İbrahimova yazıb. Sənətçi onun sözlərini məzxərəyə qoyanlara qarğış edib:

 

"Ay arsızlar, durub dünyadan köçən insanın arxasınca danışırsız, mənim sözümü məzxərəyə qoyursunuz ki, nə bilirsən Anan cənnətdədir? Deyim sizə niyə bilirəm. Kaş mənim anam kimi sizin ananız öz zəhməti ilə bir otağda müharibənin qızğın vaxtında, dünyanın alt-üst olduğu vaxtda 3 övladı tək başına böyüdə. Nə zülmnən boya başa çatdırıb, balalarına xidmət edib, geyinməyib, sizin ananız kimi bəzənməyib, xoş gün görməyib və kiməsə əyilməyib. 

Alın təri ilə zəhmət ilə böyüdüb bizləri məyər belə insanın yeri cənnət olmaz? Niyə mühakimə etmədən öncə özünüzə, öz nəslinizə çönüb baxmırsız. Bəlkə, içim rahatlanır anam cənnətdədir deyəndə, hə?

Mən anamla nəfəs almışam, anamı bu soyuq silahla itirmişəm. Sizin görüm əzizlərinizin başına gəlsin. Məni qınayanlar, əzizləriniz mənim çəkdiyimi çəksin!

And olsun Allaha kimliyindən asılı olmayaraq hansısa bir səhifədə artıq söz görsəm, o insanı tapmasam, mən adımı dəyişərəm. Sizi Allaha tapşırıram! Özü mühakimə edəcək onsuz. Dünyasını dəyişən insanın arxasınca danışırsızsa, geniniz xarabdır, siz insan ola bilmərsiniz.

Yaram təzədir, mənimlə işiniz olmasın. Bu dünyada və axirətdə kül olasınız inşallah. Səviyyəsizlər nəslindən xəbəri olmuyan binamuslar".