Əməkdar artist Lalə Məmmədova “Səni sevmək üçün gəldim dünyaya” adlı mahnısını təqdim edib.
SHOWNEWS.AZ xəbər verir ki, mahnının sözləri mərhum şair Zəlimxan Yaquba, musiqisi isə millət vəkili Novruz Aslana aiddir.
Lalə Məmmədova yeni mahnısı üçün Eko Ağalarovun obyektivinə pozalar verib. Onun fotosessiyası və stili üzərində isə makiyaj ustası Elnur Həsənov çalışıb.