Müğənnilər Sevil və Sevinc Səfərova bacıları şəxsi həyatları və ad günləri ilə bağlı sualları cavablandırıblar.
SHOWNEWS.AZ xəbər verir ki, əkizlər bu haqda "7 canlı" proqramında deyiblər. Bacılar bildirib ki, ad günündə xınayaxdı edəcəklər:
"Başa düşürük, 31 yaşımız var ailə həyatı qurmalıyıq. Ağılsız deyilik, yaxşı taleyə təpik ataq. Allah qismət etsin. Atam rəhmətə gedəndən sonra ad günü keçirməmişik. Ancaq özümüz, ailəvi dostlarımız yığışırıq. Noyabrın 15-də qızlarla toplaşacağıq. Ad günümüzdə qızlarla bərabər xına mərasimi keçirək".
Proqramın aparıcısı Vüsalə Əlizadə isə "Ad günü adı altında xına edirlər" sözlərini söyləyib.
Əkizlər daha sonra bir müddət əvvəl dedikləri və qalmaqala səbəb olan "Göyərti qiymətinə toya gedirlər" sözlərindən bəhs ediblər:
"Göyərti məsələsinə görə efirə çıxmaq istəmədim. Bir göyərtiyə görə insan bu qədər stress yaşayar? bütün müğənnilərə bunla bağlı sual verdilər. Hərə çıxdı bir söz dedi. Tükəndim, yoruldum.