Müğənni Mənzurə Musayeva səsləndirdiyi "Duet oxuyanlar sevgilidir” sözlərinə aydınlıq gətirib.
SHOWNEWS.AZ xəbər verir ki, müğənni "MTV Azərbaycan”a həmin məsələ ilə bağlı açıqlama verərək eşq yaşayan duet ortaqlarının iş birliyi daha uzunömürlü olur dey bildirib:"Demişəm ki, 80 faiz duet ortağı eşq yaşayır. Hamısına şamil etməmişəm. Düzdür, bu sözlərim bəzilərini qıcıqlandırdı. Özləri də bilirlər. Burada heç bir problem yoxdur. Eşq yaşayanda nə olar ki? Duet daha da uzunömürlü olur”.
O, yeni münasibətə başlamaq istədiyini də etiraf edib: "İstəyirəm olsun, bilmirəm problem məndədir, yoxsa qarşı tərəfdə. İstəsəm, ikinci qadın olardım, bu, hər kəsin öz əlindədir”.