Rejissor Nicat Rzazadə koronavirusa yoluxub.
Rejissor virusa yoluxduqdan 4 gün sonra - 7 noyabrda Zığ qəsəbəsində yerləşən Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin koronaviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulan modul tipli hospitalına yerləşdirilib.Vəziyyəti ağırdır Allah şəfa versin. Rejissor Nicat Rzazadə 1974-cü il aprelin 11-də Bakı şəhərində doğulub. O, bir neçə filmlərin - “ATV” telekanalında yayımlanan “Kabusun Kölgəsində” serialı, “Brat Li” kinokomediyası və başqa bu kimi yaradıcı işlərin rejissorudur. Rejissor koronavirusa yoluxmazdan əvvəl ”Zərbə” adlı yeni serialın üzərində çalışırdı.