"Elgizlə izlə" proqramı qəbiristanlıqda çəkiliş apararkən mərhum Xalq artisti Rafiq Hüseynovun (Rəmiş) xanımı Gülünü görüntüləyib.
SHOWNEWS.AZ xəbər verir ki, Gülü hər gün məzarlığa gələrək, qəbrin yanında oturduğunu deyib.
"Rəmiş mənim balam idi. Hər gün gəlirəm, axşam hava qaralanda evə gedirəm" deyə, Gülü söyləyib.
Proqramda qonaq olan Əməkdar artist Kubra Əliyeva isə "Gülü özünü çox üzür, kimsəsizdir. Hərdən gedib ona baş çəkirəm. Bir insanın bu həyatda bir adamı olmaz. Hərdən onu danlayıram ki, başını qaldır, özünə gəl. Onu psixoloqa aparacam, belə olmaz. Ona çox bağlanıb" sözlərini əlavə edib.
Qeyd edək ki, gitara ifaçısı koronavirusdan vəfat edib.