Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

"Ərimə görə müğənniliyi də ataram" Aysun İsmayılova

"Ərimə görə müğənniliyi də ataram" Aysun İsmayılova

"Ailə qurandan sonra müğənniklə vidalaşıb modelyer kimi çalışacağam. Gələcək həyat yoldaşımın mənə “müğənniliyi at” sözünü deməyi gözləmədən, hər şeyi özüm bitirərəm. Çünki xəyallarımda gözəl ailə tablosu var. Müğənniliyə ona görə “əlvida” deyərəm ki,  kimsə yoldaşıma mənim, yaxud ailəm haqda nəsə mənfi bir söz deməsin. Kənardan, ordan-burdan kim nəyi eşidirsə, zənn edir ki, bütün şou-biznesdəkilər eynidir. Şəxsən məni tanımayan insan heç vaxt haqqımda pis söz deyə bilməz. Bir dəfə tanındığıma görə peşiman olmuşam. Biz Nanə xanımın verlişindəydik. Anam telefonla studiyaya bağlanıb dedi ki, “Nanə, bilirsən də biz də müğənnilərə yaxşı baxmırlar, ailə həyatı qurmaq çətindir”. Onda öz-özümə düşündüm ki, kaş, vaxtında anamın sözünə qulaq asardım. Bəlkə də indi ailəli idim".

Bu açıqlamanı müğənni Aysun İsmayılova News24.az saytına açıqlamasında deyib. O, əlavə edib ki, heç vaxrt ərə getmək xatirinə, göstəriş üçün ailə qurmaz:

"Evlənmə təklifi alsam, qəbul edərəm, çünki ailə qurmağı istəyirəm. Bu yaxınlarda Aynişan da ailə qurdu, onu təbrik edirəm. Baxıram, qızlar ağ gəlinlik geyinirlər, onda mən də o arzuya düşürəm. Hətta gələcəkdə iki qız və iki oğlumun olmasını arzu edirəm. Arada öz-özümə həyat yoldaşıma yemək verməyimin, paltarlarını yuduğumun xəyalını qururam. Elçi düşənlər mənə yox, anama zəng eləyib niyyətlərini deyirlər. Dəfələrlə anam məni yığıb deyib ki, “gözün aydın, səni filankəsə istəyirlər” deyib. Amma mən ailəni kimlərisə susdurmaq üçün yox, xoşbəxt olmaq üçün qurmaq istəyirəm. Hətta 50 yaşımda belə evdə qalsam belə kiməsə göstəriş üçün ərə getmərəm. Gərək sevim ki, ona “hə” deyim. Sevmədiyim, amma ailəmin uyğun gördüyü oğlanla da evlə bilmərəm. Çünki nəticədə həm özümü, həm də onu bədbəxt etmiş olaram".

Aysun eyni zamanda qeyri-qanuni şəkildə nigaha heç vaxt razılmadığını bildirib:

" Nə olub ki, mənə “zaqs” eləməyim? Kimdən əksikəm? Məncə, rəsmi nikah yoxdursa, o ailə sayılmır. Mən gələcəkdə həm rəsmi, həm də dini nikah elətdirməyi düşünürəm. Ailə deyirsənsə, əlində nikah sənədin olmalıdır ki, “bu adam mənim ərimdir” deyə biləsən. “Kəbin” kəsdirib, “zaqs” eləməmisənsə, bunu necə deyə bilərsən? Amma sən onun soyadını daşıyandan sonra heç kim sənə heç nə deyə bilməz".