Türkiyəli müğənni Sərdar Ortaç borclarından danışıb.
SHOWNEWS.AZ xəbər verir ki, ifaçı külli miqdarda borcu olduğunu etiraf edib:
“Çox borcum var. 10 milyon lirə (1 milyon 695 min 819 manat) kredit, keçmiş həyat yoldaşım Xloe Luqnana 600 min lirə (101 min 749 manat) təzminat borcum, aylıq da təxminən 500 min lirə (84 min 816 manat) xərcim var”.
Sərdar mərc saytlarında qumar oynaması ilə bağlı xəbərlərə də aydınlıq gətirib:
"Bəli, keçmişdə böyük səhvlər etdim. Qumar məni bitirdi. Peşman oldum, indi pulu saxlamağa çalışıram".