Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

"Sevdiyimdən ayrılıb, başqasıyla ailə qurdum" - Məleykə Əsədova ağladı

"Sevdiyimdən ayrılıb, başqasıyla ailə qurdum" - Məleykə Əsədova ağladı

"Bu günlərdə çox həssasam. Həmişə deyirdim ki, hər şeyim sənətimə qurban. Nələri qurban verdim". 

 

SHOWNEWS.AZ xəbər verir ki, bu sözləri Xalq artisti Məleykə Əsədova "Söz baz" verilişində deyib.

M.Əsədova yarımçıq qalan sevgisindən danışıb:

"Qarşımda elə gözəl şanslar var idi ki... Ailə qura bilərdim. Neçə illər səhnədən uzaqlaşmalı idim. Sevdiyim insanı da, səhnəyə qurban verdim. Xanım olacaqdım. Bilsəydim bu şeylər var, səhnəni qoyub gedərdim. Həmin insan istəmirdi sənətimi... Hətta dedilər "Xalq artisti" adı da aldın. Dedim yox, səhnəsiz susuz balıq olaram. Bu gün qızım üçün tək qadınam. Gözəl qalmışam. Həm evin kişisiyəm, gül kimi uşaq böyüdürəm. Onun tərbiyəsini, savadını məktəbdən soruşun. Tək analara Allah güc versin. Bir dəstəyim yoxdur, Allah bilir ki, tək böyüdürəm. Atası tərəfdən də heç bir dəstək olmayıb. Son illər insanlardan qorxuram. Evimdə heyvanlar saxlayıram. 

Sevgim illərlə çəkdi. Nə qədər sevdim. Azərbaycanlı idi və imkanlıydı. Başqa ölkədə yaşamalı idim. Sevə-sevə ondan ayrıldım və başqasıyla ailə qurdum. Şükür, Allah mənə Güləri bəxş etdi. Buğa bürcüyəm, sevəndə dəli kimi sevirəm".

 

  •  
  •  
  •