Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

İbrahim Borçalı oğlunun ölümündən sonra ilk dəfə efirə çıxdı

İbrahim Borçalı oğlunun ölümündən sonra ilk dəfə efirə çıxdı

"Oğlumun 40 mərasimindən sonra deyirdim efirlərə çıxacam. Müğənni Aslan Hüseynov deyirdi, bir çıxarıq. Amma itirə-itirə gedirik. Səyyad Əlizadənin də özü... Üç dəfə yanıma gəlmişdi".

 

SHOWNEWS.AZ xəbər verir ki, bu sözləri müğənni İbrahim Borçalı "Həmin Zaur" verilişində deyib. Bir il əvvəl oğlu Rəhimi avtomobil qəzasında itirən sənətçi ilk dəfə efirə çıxıb.

"Artıq başqa yolun yoxdur, barışırsan. Kövrəldiyimi belə qızım görməyib. Rol oynayıram. Xanımım mənə çox dəstək oldu. Dostlarım yanımda oldu. Sonra baxırsan ki, insan özü ölə bilmir. İnsanı gərək Allah öldürsün" deyə, Borçalı bildirib.

O, övladını Gürcüstanda dəfn etməsi haqda suallara "Çoxu deyir Azərbaycana gətirmədilər. Oğlumu özüm Gürcüstanda atamın yanında dəfn etdim. Rəhimə atamın adını qoymuşdum. Qızımı da yasa aparmadım. İstəmədim həmin halı görsün" cavabını verib. 

"Bu, mənim işimdir. Başqa iş görə bilmərəm. Toya, efirə getməliyəm. Düşünürəm ki, kimsə məni qınamaz. Oğlumun ölümündən 1 il 4 ay keçib" deyə, İbrahim əlavə edib. 

Qeyd edək ki, Türkiyədə təhsil alan Rəhim karantin ərəfəsində Gürcüstanda qalıb. O, avtomobil qəzasında vəfat edib.

  •