Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Tünzalə Damla haqda danışdı “Məndən üzr istədilər”

Tünzalə Damla haqda danışdı “Məndən üzr istədilər”

Xalq artisti Tünzalə Ağayevanın OLAY-a müsahibə verib. O, bir zamanlar "Xəzər Maqazin"də ""meydan meymunlara qalıb" sözlərinin təhrif olunmasını, ad çəkmədiyi halda verilişin komandası tərəfindən Damlaya aid olunmasına aydınlıq gətirib:

 

"Qəti şəkildə o məqamı pisləyirəm ki, mən ad çəkmədən, konkret bir ünvan göstərmədən, çox təssüflər olsun ki, kanaldakı proqramın montajorları tərəfindən provakasiyaya yol verildi. Xarici ölkələrdə bu məhkəməlik iş sayılır. Bu hadisəni rahat şəkildə məhkəməyə çıxara bilərdim, çünki fakt var idi ki, mən cəhalət, keyfiyyətsizlik, savadsızlıq barədə ad çəkmədən danışdığım halda hansısa qeyri-peşəkar özündən mövzu çıxarır, şəkillər yapışdırır, adlar çəkir. Halbuki elə bir şey baş verməyib. Biz Azərbaycanda yaşayırıq. Hələki müəllif hüquqları rəqəmsal media ilə bağlı tam işləmədiyi üçün məhkəmədən vaz keçdim. Sözümü dedim, hadisə hansı kanalda baş vermişdisə, məsuliyyət daşıyanlar məndən üzr istədilər. Dedim ki, yığışdırın, amma bir yerdən yığışdırsanda, zatən yayılıb, hər yerdən silə bilmirsən. Mən buna üzülürəm. Təəssüf ki, mediada jurnalistika adına xələl gətirən insanlar var. Provakasiya jurnalistika demək deyil".