
Aparıcı Nanə Ağamalıyeva müğənni Nura Surinin geyim obrazını təkrarlayıb.
SHOWNEWS.AZ xəbər verir ki, Nanə bu gün aparıcısı olduğu “Günün Sədası” verilişində N. Surinin istifadə etdiyi geyimin eynisi ilə efirə çıxıb.
Nanə Nura kimi sarı sport kofta, tül ətək və botları uyğunlaşdırıb.
Qeyd edək ki, N. Suri həmin obrazdan beş gün əvvəl təşkilatçısı olduğu 90-lar partisində istifadə edib.