Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

"Əl çəksinlər məndən, heç bir əməliyyat etdirməmişəm…” - Yaşar Nurinin qızı

"Əl çəksinlər məndən, heç bir əməliyyat etdirməmişəm…” - Yaşar Nurinin qızı

“Son günlər iş, sənət, səs qalıb kənarda, insanın bədənini şəkilləndirməsi mövzusu gündəm olub. Mənə çox maraqlıdır ki, niyə bəzi kişilərimiz bu mövzunu gündəm ediblər? Tik-tokda paylaşıb yazırlar ki, bunun vücudu, bədən şəkilləndirməsi məni-məndən alır da. Əgər kimsə bədən şəkilləndirməsi edirsə, o demək deyil ki, bunu hamı etməlidir yaxud da edir?! Bu gün mən də bədən şəkilləndirməsi mövzusu ilə gündəm olmuşam. Əlsində bu məni o qədər də narahat etmir, sadəcə olaraq demək istəyirəm ki, mən heç bir plastik əməliyyat, bədən şəkilləndirməsi etdirməmişəm. Sadəcə olaraq mən idmanla məşğul oluram və yeməyimə fikir verirəm. Səhnə adamıyıq, gərək özümüzə fikir verək. Heç səhnə adamı olmasam belə xanımlar gərək hər zaman vücudlarına fikir verməlidirlər”

Bunu Moderator.az-a açıqlamasında mərhum sənətkar Yaşar Nurinin qızı Ülkər Yaşarqızı deyib. Müğənni maddi vəziyyətinin plastik əməliyyata yetərli olmadığını bildirib.

“Mənim o qədər imkanım da yoxdur ki, gedib bədən şəkilləndirməsi edim. İmkanım olsa o pulu işimə sərmayə kimi qoyaram, bədənimə yox. Heç bilmirəm bunu necə başa salım ki, mənə insanlar inansınlar. Yaxşı olar ki, o şəxslər insanın bədəninə yox, sənətinə, oxuduğu mahnılara baxsınlar. Təəssüf ki, bu gün kişilərin bir çoxu mənəviyyatdan uzaq olub, qadınların bədən şəkilləndirməsinə üstünlük verirlər, daha çox ona baxırlar. Düşünürəm ki, bundan da gözəl münasibətlər, hisslər, duyğular var. Əl çəksinlər məndən. Heç bir əməliyyat etdirməmişəm, etdirsəm də  gizlətmərəm. Həkimimi də reklam edərəm, özümü də. Buna heç bir ehtiyac görmürəm. Bu gün bir insan mənim vücuduma görə dəyər verəcəksə həmin şəxs mənə heç lazım da deyil. İnsan birinci növbədə mənim qəlbimə, ruhuma önəm versin. Bu dəqiqə mən dişlərimlə məşğulam ki, bir həkim olsun, reklam qarşılığında mənim dişlərimi düzəltsin. Pulum olsaydı dişlərimi düzəltdirərdim də” deyə Ülkər Yaşarqızı bildirib.