Əməkdar jurnalist Xoşqədəm Hidayətqızı bu gün “Səni axtarıram” verilişi ilə ilk dəfə ARB TV-nin efirinə çıxıb.
SHOWNEWS.Az xəbər verir ki, aparıcının tamaşaçılarla ilk görüşü zamanı maraqlı anlar yaşanıb. Həmçinin, Hidayətqızının sözügedən kanalda ilk efiri münasibətilə Xəzər TV-nin rəhbəri, Xalq artisti Murad Dadaşov gül göndərib. Teleaparıcı efirdə güllər üçün Dadaşova təşəkkür edib:
“Murad müəllim, diqqətinizə, hörmətinizə görə minnətdaram. “Xəzər”də çalışdığım müddətdə məni hər zaman fərqləndirdiyiniz, diqqət göstərdiyiniz üçün təşəkkür edirəm. Mənim üçün doğma olan Xəzər TV kollektivi, sizi çox sevirəm və öpürəm”.